20:22
16 01 2021

Cənubi Qafqaza sülh dəmir yolu ilə gələcək: Bölgədəki yeni nəqliyyat əlaqələrinin XƏRİTƏSİ

Azərbaycan ordusunun Vətən Müharibəsindəki 44 günlük uğurlu hərbi əməliyyatlarından sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat bölgədə yeni nəqliyyat əlaqələrinin qurulmasına və müharibə mühitindən iqtisadi canlanma dövrünə keçidi təmin edəcək.
Yazıda 11 yanvarda Moskvadakı üçtərəfli toplantıda yeni dəmiryolu xətlərinin qurulması və bərpasının razılaşdırılması məsələsinə toxunulur və yeni nəqliyyat infrastrukturunun xəritəsi dərc edilib.
 - Horadizdən Ordubada 166 km-lik yeni dəmiryolu. Onun 43 km hissəsi Ermənistandan keçəcək.
 - Bərdədən Ağdama çəkiləcək yeni 45 km-lik dəmiryolu.
 - Ağdamdan Xankəndiyə çəkiləcək yeni dəmiryolu xətti.
 - Qazax rayonu ilə Ermənistanın İcəvan rayonu arasında yeni dəmiryolu xətti.

© Türkiyənin “Anadolu” agentliyi 

NEWS FEED