217
17:51
04 01 2021
Üç quruma subsidiya ayrıldı
Azərbaycanda bu il dövlət büdcəsindən üç quruma subsidiya ayrılıb.
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.
Fərmana əsasən, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə 33 milyon manat, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 10 010 000 manat, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə isə 39 167 500 manat subsidiya ayrılıb.