07:54
26 12 2020

“Alibaba”nın qurucusu bir gündə külli miqdarda pul itirdi

“Forbes Real-Time” reytinqinə görə, ən zəngin çinli milyarderlərdən biri, “Alibaba”nın qurucusu Cek Manın sərvəti bir gündə 3,5 milyard dollardan çox azalıb.
“RİA Novosti” xəbər verir ki, bu, antitrest araşdırma səbəbi ilə şirkətin səhm qiymətlərinin ucuzlaşması səbəbindən baş verib.
Manın sərvəti cümə axşamı günü edilən ticarətin bağlanışında 57,3 milyard dollar olaraq qiymətləndirilib. O, hazırda reytinqdə 19-cu yerdədir.
Qeyd edək ki, “Alibaba”nın Honqkong və Nyu-York birjalarındakı səhmlərinin qiyməti ona qarşı antitrest istintaq xəbərləri fonunda kəskin aşağı düşüb.
Şirkətin Honqkongdakı səhmləri 8,1 %, NASDAQ-da isə 13,3 % ucuzlaşıb.
“Alibaba Group” 1999-cu ildən bəri Çinin ən böyük onlayn satış şirkətidir. Qrupun ayrıca bir neçə filialı və onlayn platforması var: “Alibaba Pictures”, “AliExpress” , “Taobao”, “Tmall”.

NEWS FEED