Ərdoğan: “Yeni qaz qovşağı üçün ən əlverişli yer Trakyadır”
“Rusiya Prezidenti Vladimir Putinin Türkiyədən Avropaya yeni qaz qovşağı ilə bağlı təklifinə ən əlverişli yer ölkənin Trakya bölgəsi ola bilər”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanadan vətəninə qayıdarkən onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib. Dövlət başçısının sözlərinə görə, Türkiyə və Rusiya tərəfinin müvafiq idarələrinə bu istiqamətdə birgə addımlar hazırlamaq tapşırılıb. “Qaz qovşağı üçün ən uyğun yer müəyyən ediləcək. Türkiyənin artıq daxili ehtiyacları ödəmək üçün işləyən qaz qovşağı var. Yeni mərkəz isə beynəlxalq çatdırılmalara yönəldiləcək. Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi Rusiyanın departamentləri ilə birlikdə çalışacaq, nəticələri bizə təqdim edəcək, bundan sonra isə konkret addımlar atılacaq. Biz heç bir gecikmə planlaşdırmırıq”, - deyə Ərdoğan əlavə edib. Eyni zamanda, dövlət başçısı yeni qaz qovşağı yaradılarkən bütün zəruri təhlükəsizlik tədbirlərinin görüləcəyini qeyd edib. © “Anadolu” Agentliyi