



Nazir: “Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib”
Bu ilin yanvar-avqust aylarında ümumdaxili məhsul əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 84 milyard 880,4 milyon manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,3% artaraq 43 milyard 303,5 milyon manat olub.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat yayıb.
Bildirilib ki, qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib:
“Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-avqust aylarına nisbətən cəmi 5,7% artmışdı”.