14:27
15 09 2022

Maya Sandu: “Moldova Azərbaycanla qaz tədarükü ilə bağlı danışıqlar aparır”

Moldova Azərbaycanla qaz tədarükü ilə bağlı danışıqlar aparır.

Bu barədə ölkə Prezidenti Maya Sandu TV8-ə bildirib.

“Alternativ qaz mənbələri tapmaq çətin deyil. Sərfəli qiymətə qaz tapmaq çətindir. Hökumət Rumıniya və Azərbaycanla danışıqlar aparır. Texniki baxımdan bu mümkündür, bu qaz Moldovanın bütün rayonlarına çata biləcək. Amma yenə də hər şey qiymətdən asılıdır”, - deyə o qeyd edib.

Moldovanın baş nazirinin müavini Andrey Spinu bir müddət əvvəl deyib ki, Moldova hər il təxminən üç milyard kubmetr qaz istehlak edir və ildə bir milyard kubmetrdən üç milyard kubmetr diapazona qədər qaz almaq üçün müqavilə imzalamaq istəyir.

İndi ölkənin 35 milyon kubmetr qaz ehtiyatı var, amma qışda bu həcm maksimum on günə bəs edəcək.

NEWS FEED