14:46
16 12 2021

Biznesmenlərin Qarabağda hansı fəaliyyətlə məşğul olmaq istədikləri AÇIQLANDI

Qarabağda sahibkarlıq fəaliyyəti ilə bağlı 900-dən çox müraciət qeydə alınıb və onların arasında həm yerli, həm də xarici biznes subyektlərindən daxil olan müraciətlər var.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib. 
Bildirilib ki, müraciətlərin 27 faizi tikinti, 27 faizi ticarət və xidmət, 20 faizi sənaye, 18 faizi kənd təsərrüfatı, 8 faizi turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir.
Müraciət edənlərin 50 faizdən çoxu Qarabağda iş və xidmətlərin həyata keçirilməsinə maraq göstərir. Müraciətlərin bir hissəsi isə sırf investisiya yönümlü layihələri əhatə edir.

© Oxu.Az - Nigar Məmmədova

NEWS FEED