Türkiyə külək enerjisi sektorunda dünyada enerji texnologiyalarının lokallaşdırılması üzrə ilk yerdədir
Türkiyə külək enerjisi sektorunda 65 faiz yerli istehsal nisbəti ilə dünyada enerji texnologiyalarının lokallaşdırılması üzrə ilk sıralarda yer alır.
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
Ölkədə külək enerjisində ilk addımın 23 il əvvəl 1,5 meqavat güclə İzmirdə atıldığını qeyd edən nazir hazırda Türkiyədə bu sahə üzrə yerli və xarici olmaqla ümumilikdə 231 şirkətin fəaliyyət göstərdiyini deyib.
Qeyd edilib ki, Türkiyənin elektrik enerjisinin təxminən 10 faizi külək enerjisi ilə qarşılanır. Bu il küləyin gündəlik elektrik enerjisi istehsalındaki payı 20 faizi ötüb ki, bununla da yeni rekorda imza atılıb.
Nazir bu sahə üzrə əsas hədəflərdən birinin sektora aid avadanlıqların yerli imkanlarla istehsalı olduğunu, hazırda ölkədə külək sektorunda 16 yerli istehsalçı şirkətin fəaliyyət göstərdiyini bildirib.