17:51
24 01 2021

Qobustan qoruğu ziyarətçilər üçün açılır

Vətəndaşlar Qobustan Qoruğunu 10 nəfərdən artıq olmayan qruplarla ziyarət edə biləcəklər.
 
Bu barədə Yayin.Az-a Qobustan Milli Tarix- Bədii Qoruğundan bildirilib.
 
Qeyd olunub ki, əraziyə daxil olan şəxslər sanitar qaydalara riayət etməlidirlər: “Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 25 yanvar 2021- ci il tarixindən fəaliyyətini bərpa edəcək. Qoruq hər gün saat 10:00-dan saat 18:00-dək ziyarətçilər üçün açıq olacaq.
 
Ziyarətçilər sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə riayət etməklə, 10 nəfərdən artıq olmayan qruplarla qoruğu ziyarət edə bilərlər. Qoruq ərazisinə daxil olarkən tibbi maska və digər qoruyucu vasitələrdən istifadə mütləqdir”.

NEWS FEED