20:40
04 01 2021

MN Azıx mağarasının yeni videogörüntülərini yaydı

Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağara düşərgəsi (inv. 22) Xocavənd rayonunun Azıx kəndində, Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.
Burada aşkar olunan qədim insana məxsus alt çənə sümüyünün 350-400 min il yaşı var. Azıx mağarasında çənə sümüyündən başqa qədim insanlara məxsus müxtəlif alətlər və ocaq izləri də aşkar olunmuşdur.
Ərazi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra mağarada dəfələrlə qanunsuz arxeoloji qazıntı işləri aparılmışdır.
Son dövrlər Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən silah anbarı kimi istifadə olunmuşdur.

NEWS FEED