456
23:03
07 12 2020
Nüsrət Kəsəmənlidən unudulmaz
Sizlərə tanınmış şair Nüsrət Kəsəmənlinin “Yaddan çıxmaz Qarabağ” poemasından İran şahına kəniz verilən Ağabəyim ağanın dilindən yazdığı “Bülbül” rədifli gəraylını təqdim edirik.Ağla, könlüm kimi ağla,Qəmdən rəngi san bülbül.Mən ömürdən yanmadım,Barı sənsə yarı, bülbül.Qarabağda bağım qaldı,Neçə şirin çağım qaldı,Sinəm üstə dağım qaldı,Necə çalım tarı, bülbül?Qırov qara telə düşüb,Sona özgə gölə düşüb,Bəxtimizə belə düşüb,Mənnən burda qarı, bülbül.Sən uç, qon uca budağa,Bu canım sənə sadağa.Sənə ki, yoxdu qadağaBoylan Vətən sarı, bülbül.Yanıb bağrın qaralmayıb,Yollarıni qar almayıb,Qanadın ki, qırılmayıb,Uç get burdan barı, bülbül,Bir dürr idim, düşüb itdim,Ağlayıb nəğmələr ötdüm.Bu torpaqda nə mən bitdim,Nə vəfalı "Xarı bülbül"!..