2 379
17:09
08 11 2023
"Sən Qalibsən Azərbaycan" şeiri
© Müəllif: Şəlalə Ağayeva
Sənə zəfər yaraşır
Bu gün hislərim yarışır
Sevinclə qəhər qarışır
Sən qalibsən Azərbaycan
Səmanda quşlar sevinir
Günəşin ayın sevinir
Qışında yayın sevinir
Sən qalibsən Azərbaycan
Sevincdən nəfəs kəsilir
Göydən sanki nur ələnir
Hər yan üç rəngə bələnir
Sən qalibsən Azərbaycan
Vətənin yolu açıldı
Bağlanmış qolu açıldı
Dünyaya zəfər saçıldı
Sən qalibsən Azərbaycan
Xarı bülbülün sevindi
Şuşanda azan verildi
Düşmənin yaman yenildi
Sən qalibsən Azərbaycan