11:02
13 01 2021

Rəmişin səhhəti AĞIRLAŞIB - Həkim danışdı

Xalq artisti Rafiq Hüseynovda (Rəmiş) qaraciyər transplantasiyası həyata keçiriləcək.
Bu barədə tanınmış gitara ifaçısının həkimi Nuru Bayramov "Elgizlə izlə" verilişində məlumat verib:
“Ağciyərində də problem var. Hazırda Rəmiş müəllimi qaraciyər transplantasiyasına namizəd kimi qəbul edirik. İndi müalicə davam edir. İlk növbədə ağciyərini yoxlayırıq. Bu arada vaxt itirməmək üçün Hepatit C-nin müalicəsinə də başlanılıb. Müalicə təxminən altı ay davam edəcək.
Qarnına su yığılması qaraciyərindəki problemlə bağlıdır. Ağciyərində hər hansı problem olmasa, yaxın gələcəkdə qaraciyər dəyişdirilməsini həyata keçirəcəyik”.

NEWS FEED