01:49
13 12 2020

Acun Ilıcalı, Netfix`ə rəqib olur

Türkiyənin ən çox izlənən Survivor, O səs Türkiyə, MasterChef yarışma proqramının sahibi,  TV8-in sahibi Acun Ilıcalı, Netfix`ə rəqib olur.
Rəqəmsal platforma qurmağa qərar verən Ilıcalı, 1 Yanvar 2021-də "EXXEN" adı altında yayımlanmağa başlayacaq.
İzləyicilər Acun Ilıcalı'nın yeni Exxen rəqəmsal platformasında nələrin baş verəcəyini araşdırarkən, Exxen-in ödənişli olub-olmaması və abunə qiyməti nə olacağı kimi suallar da diqqətdədir.
TV8 studiyasına verdiyi müsahibədə yeni rəqəmsal platforması 'Exxen' haqqında danışan Acun, verilən sualları cavablandırdı. Yaxşı, Exxen TV pulludurmu?

EXXEN ÖDƏNİŞLİMİ OLACAQ?
Exxen veb saytı yaradılıb, lakin hazırda saytda aktiv bir xidmət yoxdur. Exxen abunə haqqı digər platformalarla rəqabət etmək üçün ən vacib amillərdən biri olacaqdır.

Exxen-in Netflix kimi müxtəlif qiymət aralığlarında xidmət edəcəyi gözlənilir. Türkiyənin yerli istehsalı olan Exxen, Netflix abunə qiymətindən daha sərfəli olacağı güman edilir.

Yeni bir platforma olduğu üçün, abunə olmadan da istifadə edilə biləcəyi də müzakirələr arasındadır.

Qeydiyyatın İlk ayı və ya bir neçə ayı abunəliyin ödənişsiz olacağı da gözlənilir.
EXXEN ABUNƏLİK QİYMƏTİ TƏYİN EDİLDİ Mİ?

Platformanın üzvlük qiymətindən bəhs edən İlıcalı sözlərini belə davam etdi: "Məqsədim iki versiyalı hazırlamaqdır. Birində reklamsız digərində isə reklam olacaq. Reklamı olanın yaxşı bir endirimi olacaq. Platformadakı məzmunun dəyəri ildə 900 milyon TL civarındadır. Onu gəl pulsuz izlə demə şansımız yoxdur. Narahat edici olmayan şəkildə bir təkliflə çıxacağıq. Bu qiymət bütün tələbə qardaşlarımızın çatacağı şəkildədir. Ayrıca vacib sponsorlarımız olacaq və gənclər üçün daha da endirim edəcəklər."

Exxen abunə haqqının nə qədər olacağı hələ bəlli deyil. 1 yanvar 2021-ci ildə yayınlanması planlaşdırılan Exxen platforması üçün bu mövzuda bütün suallar yaxın günlərdə cavablandırılacaqdır.

Exxen veb saytında və Instagram hesabında abunə haqqı barədə heç bir məlumat yoxdur.

NEWS FEED