10:15
03 10 2022

“Geely Holding Group” “Aston Martin” şirkətinin səhmlərini aldı

Çinin ən böyük avtomobil istehsalçısı olan “Geely Auto Holding Group” 30 sentyabr tarixində Böyük Britaniyanın lüks brendi olan “Aston Martin” şirkətinin səhmlərinin 7,6%-ni əldə etdiyini açıqlayıb.

“Geely Holding” Qrupunun baş direktoru Daniel Donghui Li bu barədə fikirlərini bildirib:

“Biz “Aston Martin” şirkətinə sərmayəmizi elan etməkdən məmnunluq duyuruq və inanırıq ki, “Geely Holding Group”un texnoloji üstünlükləri və geniş sayda özünü doğrultmuş məhsulları sayəsində “Aston Martin” şirkətinin gələcək uğurlarına dəstək ola bilər. Biz “Aston Martin” ilə uzunmüddətli inkişaf strategiyamızı həyata keçirmək üçün proseslərin başlamasını səbirsizliklə gözləyirik”.

NEWS FEED