14:23
29 09 2022

Hadisə ilə Mehmetin boşanma səbəbi ortaya çıxdı

Məşhur türkiyəli müğənni Hadisənin həyat yoldaşı, iş adamı Mehmet Dinçerlerdən boşanmasının səbəbləri ortaya çıxıb.

 Cütlüyün ayrılmasına müğənni Murdanın səbəb olduğu bildirilib. Belə ki, Hadisənin həm konsertdə, həm də "İmdat" klipində Murda ilə yaxınlığı Mehmet və ailəsi tərəfindən xoş qarşılanmayıb.

Ailə içində "Sən evlisən, necə qucaqlaşa bilərsən?" kimi səslənən fikirlər cütlüyün ayrılmasına gətirib çıxarıb.

Qeyd edək ki, ikilinin boşanması sabah Beykoz ədliyyəsində baş tutacaq.


© Axşam.az

NEWS FEED