12:10
20 12 2020

Viktoriya Bekhem zəhərləndi

Böyük Britaniyalı müğənni və dizayner, veteran futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem civədən zəhərlənib.

Yayin.Az "The Sun”a istinadən xəbər verir ki, müğənni özünü pis hiss etdiyi üçün həkimə müraciət edib. Müayinələrdən sonra məlum olub ki, onun bədənində civənin miqdarı yüksəkdi. Nəticədə müğənni qaraciyər təmizlənməsi proseduru aparmaq məcburiyyətində qalıb.

Mütəxəssislərin fikrincə, zəhərlənmənin səbəbi Viktoriya Bekhemin bu yaxınlarda başladığı balıq pəhrizidi. Belə ki, pəhriz zamanı müğənni qida rasionuna qılınc balığı da daxil edib. Qılınc balığı, civə nisbəti yüksək, ən çirkli dəniz balıqları qrupundandı.

NEWS FEED