145
04:30
30 08 2021
Bülənt Ərsoya konsert öncəsi sürpriz: PCR testləri saxta çıxdı
Türkiyənin tanınmış ifaçılarından olan Bülənt Ərsoy xoşagəlməz sürprizlə üzləşib.
Konsert vermək üçün Şimali Kiprə yollanan müğənni musiqi müşayiətindən məhrum olma təhlükəsi ilə qarşılaşıb.
Belə ki, hotellərin birindəki tədbir zamanı Ərsoyla birgə çalışacaq orkestr üzvlərinin PCR testləri saxta çıxıb.
Musiqiçilər Ercan hava limanındaca saxlanılıb. Hərçənd, sonradan onlara güzəşt olunaraq, konsertdə iştirak etmələrinə izn verilib. Tədbirə polisin nəzarəti altında qatılan orkestr üzvləri, konsertdən sonra yenidən təcridxanaya qaytarılıb.