



Yarpaq dolması – Azərbaycan mətbəxinin incisi
Tərkibi: Üzüm yarpağı – 300-400 qram (təzə və ya duzlu suda saxlanmış) Dana və qoyun qarışıq qiymə – 500 qram Düyü – 100 qram (1 stəkanın 2/3 hissəsi) Soğan – 2 ədəd (xırda doğranmış) Yaşıl göyərti (şüyüd, keşniş, nanə) – 1 dəstə (doğranmış) Duz – zövqə görə İstiot – zövqə görə Tomat pastası (isteğe bağlı) – 1 xörək qaşığı Kərə yağı və ya quyruq yağı – 50 qram (üzərinə qoymaq üçün) Hazırlanması: Düyünü ilıq suda 20 dəqiqə isladın, sonra süzün. Qiyməyə doğranmış soğan, düyü, göyərti, duz, istiot və istəsəniz tomat pastasını əlavə edib qarışdırın. Üzüm yarpaqlarını yuyun. Əgər duzlu sudadırsa, 5-10 dəqiqə isti suda saxlayıb duzunu çıxarın. Yarpağın hamar tərəfi alt tərəfə gələcək şəkildə masaya qoyun. Ortasına 1 çay qaşığı içlik qoyun və dolma formasında bükün. Qazana yarpaq sərib (dibinin yanmaması üçün), dolmaları sıx şəkildə düzün. Üzərinə 1 stəkan su və bir az kərə yağı və ya doğranmış quyruq yağı əlavə edin. Üzərini bir boşqabla örtüb qapağını bağlayın, orta odda 45-60 dəqiqə bişirin. Nuş Olsun!
Şərhlər