16:39
26 04 2024

Qozlu Kükü resepti

Qozlu Kükü  resepti

Tərkibi:

80 qr qoz ləpəsi
4 ədəd yumurta
40 qr göy soğan
30 qr keşniş
20 qr şüyüd
50 qr ispanaq
60 qr kərə yağı
duz
istiot

Hazırlanma qaydası:


Qozlu kükünü hazırlamaq üçün ilk öncə göyərtiləri yaxşıca yuyub süzün. Yuduğunuz göyərtiləri xırda doğrayın. Bir qabda yumurtaları çırpın. Daha sonra üzərinə xırda doğranmış göyərtini töküb qarışdırın. Üzərinə xırdalanmış qoz ləpəsi , duz və istiot əlavə edib yaxşıca qarışdırın. Göyərtili kütləni qızdırılmış yağlı tavaya töküb iki tərəfli bişirin. Bişən kükünü zövqə görə kəsib süfrəyə verə bilərsiniz.

NEWS FEED