23:29
10 04 2024

Dovğa Resepti

Ərzaqlar :

3 lt qatıq

1 ədəd yumurta

2 x.q un (dolu olmasın)

1/2 st yumru düyü

4 dəstə göyərti (1 dəstə ispanaq, 2 dəstə keşniş,

1 dəstədən az şüyüd, 1 dəstədən az nanə,)

(əgər nanə olmasa, quru nanədən də istifadə edə bilərsiniz)

Duz (zövqə görə)


Hazırlanması:

Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq.


Qatığa yuyulmuş düyünü, yumurtanı, unu və az duzu əlavə edib, setka qaşıqla çalırıq.
Setka qaşıqla çaldıqda qatıq yaxşı açılır.


Qatığa təxminən öz ölçüsü qədər su tökürük. Hazırladığımız ayranı qazın üstünə qoyuruq. Taxta qaşıqla qarışdırırıq.


Düyü bişəndə ayran yavaş- yavaş qaynamağa başlayanda göyərtini tökürük və qarışdırırıq.


Göyərtini tökdükdən sonra zövqə görə duzunu da əlavə edirik və  təxminən 15-20 dəqiqə də qarışdırıb götürürük. (Əgər quru nanə tökmək istəyirsinizsə onda quru nanəni göyərtini tökdükdən sonra əlavə etmək lazımdır)




Nuş olsun!



NEWS FEED