13:04
09 04 2024

Basdırma kababı

500 qr ət
1 baş soğan (yarısı basdırma üçün)
 10 qr üzüm sirkəsi
 10 qr kərə yağı
 10 qr cəfəri
10q kəklik otu
habelə tam üçün istiot və duz


Basdırma kabab üçün əti təxminən 35 – 40 qr – lıq tikələrə doğranılır və sonra emallı qaba qoyulub içinə doğranmış soğan, duz, döyülmüş istiot,kəklik otu , üzüm sirkəsi, yaxud nar qatılaraq hamısı birlikdə qarışdırılır və 3 – 4 saat ərzində soyuq yerdə saxlanılır.

Lazım gəldikdə ət tikələri şişə taxılır və doğandan təmizlənərək közərmiş kömür üzərində bişirilir. Kababın tamı daha xoş olsun deyə onu bişirməzdən əvvəl kərə yağına salıb çıxarmaq məsləhət görülür.

NEWS FEED