Toyuqlu “Sezar”
Tərkibi :
Toyuğun döş əti – 200 qr.
Çerri pomidoru – 100 qr. (1 ədəd adi pomidorla əvəz etmək olar)
Parmezan pendiri – 50 qr.
kahı – 1 dəstə (Romen sortu olsa daha yaxşı olar)
ağ baton çörəyi – 0,5 ədəd
sarımsaq – 1 diş
zeytun yağı
duz, istiot
Sous üçün:
yumurta sarısı – 2 ədəd
zeytun yağı – 100 ml.
limon şirəsi – 3 x.q.
sarımsaq – 1-2 diş
xardal – 1-2 ç.q.
duz.
Hazırlanması:
Öncə sarımsaqlı suxarıları hazırlayın: bir diş sarımsağı təmizləyib bıçaqla əzin. Kiçik qaba qoyub üzərinə 2 x.q. zeytun yağı əlavə edin. 20-40 dəqiqə mikrodalğalı sobaya qoyun. Nəticədə yağ və sarımsaq qızacaq və sarımsaq öz ətrini yağa verəcək.
Batonun qabığını kəsib çörəyi kiçik dördbucaqlar formasında doğrayın. Formaya bərabər yayıb üzərinə sarımsaqlı yağı çiləyin. 150 dərəcə qızdırılmış sobada 20-40 dəqiqə, azca qızarana kimi bişirin. Hazır suxarıları soyudun.
Sousu hazırlayın:
Yumurtanı qaynara düşdükdən sonra 5 dəqiqə qaynadın. Soyudub soyun. Yumurta sarısını, xardal və sarımsaqəzəndən keçirilmiş sarımsağı yaxşıca qarışdırın. Limon şirəsi, azca duz əlavə edib qarışdırın. Qarışdıra-qarışdıra tədricən zeytun yağı tökün. Bu mərhələdə sous tam qarışmaya bilər, belə olduqda bir müddət saxlayın.
Toyuğun döş ətini uzununa iki nazik dilimə bölün. Duzlayıb istiotlayın.
Tavada təxminən 1 x.q. zeytun yağı qızdırın.
Orta alovda toyuğun hər üzünü 4-5 dəqiqə qızardın.
Sousu çəngəllə yaxşıca çalın ki, bütün ərazaqlar tam qarışsın.
Sonda Çerri pomidorlarını 4 yerə bölüb salata əlavə edin.