11 983
09:55
08 04 2024
Xırçıltılı badımcan salatı
Xırçıltılı badımcan salatı Tərkibi: 4 ədəd badımcan 1/2 stəkan nişasta unu Sos üçün: 4-5 diş sarımsaq 1/2 limon 1/2 stəkan soya sosu 1/2 stəkan zeytun yağı istiot ( zövqə görə ) Salatın üstünə : Ağ küncüt 4 pomidor Göyərti-(kişniş,şüyüt,göy soğan) Hazırlanması: 1. Doğranmış Badımcanı nişasta ununda qarışdırırıq 2. Uyğun bir qazana yağ əlavə edib badımcanları qızardırıq 3. bir qabda sos düzəldirik 4. Uyğun bir boşqaba Qızarmış badımcanları qoyuruq 5. Üzərinə pomidoru doğrayıb əlavə edirik 6. Daha sonra üzərinə hazırladığımız sosu töküb , ağ küncüt və doğranmış göyərtini əlavə edirik.