Buğlama Resepti
Buğlama Resepti ????✏ ????
1-2 kq quzu əti, quyruq,
6-7 ədəd pomidor,
4 ədəd soğan,
2 ədəd yaşıl bibər,
1 qırmızı bibər,
1 ədəd acı bibər,
Şüyüd, cəfəri,
Yarım limon,
5-6 ədəd yumuru qara bibər,
Yarım stəkandan az su,
Duz.
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.
Şirin bibəri yuyub halqa və ya uzunsov doğrayırıq.
Pomidorun qabığını soyub halqa doğrayırıq.
Acı bibəri doğruturuq
Cəfəri və şüyüdü doğruyuruq.
Quyruğu incə doğruyuruq.
Qazana doğranmış soğanı biraz əlavə edib üzərinə ətləri düzdük. Ətin üzərinə duz əlavə edib qalan soğanı da əlavə edirik. sonra doğranmış bibərləri əlavə edirik istəsəz üzərinə yumuru qara bizər toxumu da əlavə də bilərsiniz. Pomidorları üzü aşağı yığırıq qazana və acı bibəri əlavə edirik üzərinə. Pomidorun üzərinə piy əlavə edirik ( istəyə görə) sonra isə şüyüdə və cəfərini əlavə edirik. Biraz duz əlavə edib üzərinə yarım limon sıxırıq. Son olaraq 1 stəkanın 1/4 hissəsi su əlavə edib vam xodda pişməyə yola salırıq. Ortalama 2 saat yarım bişəcək.
Nuş olsun!