Nar Salatı resepti
Tərkibi
Hazırlanması
Əvvəlcə nar dənələnir,
Kartof, kök və yumurta sürtkəcin iri gözündən keçirilir,
Toyuq filesi duzlanıb qaynadılır sonra isə didilir.
Çuğundur sürtkəcin iri gözündən keçirilir,
Soğan xırda doğranılır,
Servis olunacaq qabın mərkəzinə su stəkanı qoyduqdan sonra qabın qalan yerləri mayonezlənir, üzərinə sürtkəcdən keçirilən kartof əlavə olunur və səliqəyə salınıb düzləşdirilir.
Üzərinə zövqə görə duz və istiot vurulur.
Üzərinə yenidən mayonez çəkilir, üzərinə sürtkəcdən keçirilən çüğündürün yarısı əlavə olunub sonra səliqəyə salınıb düzləşdirilir.
Üzərinə yenidən mayonez çəkilir, üzərinə sürtkəcdən keçirilən kökün hamısı əlavə olunub səliqəyə salınıb düzləşdirilir.
Üzərinə yenidən mayonez çəkilir, üzərinə toyuq filesi əlavə olunur.
Üzərinə yenidən mayonez çəkilir və doğranılan soğan əlavə olunur.
Üzərinə sürkəcdən keçirilən yumurta əlavə olunur sonra isə ümumi salat səliqəyə salınıb, duz və istiot əlavə edilib mayonezlənir.
Son olaraq qalan çuğundur ən üst hissəyə əlavə edilub, salat səliqəyə salınır və üzəri mayonezlənir.
Dənələnmiş nar salatın üzərinə səliqəli formada yaxılır.
Mərkəzə qoyulmuş stəkan çıxarılır və 1-2 saat soyuducuda gözlədilir.
Nuş Olsun