Qaspaço Şorbası resepti
Qaspaço, İspaniyanın cənub bölgəsində kəşf edilmiş, çiy tərəvəzlərdən hazırlanan soyuq şorba növüdür.
Tərkibi:
Hazırlanma qaydası:
İlk öncə pomidorun qabığını soyun. Pomidor qabığını ən asan soyulma qaydasını bu məqaləyə daxil olaraq oxuya bilərsiniz. Blenderin qabına qabığı soyulmuş pomidor, şirin qırmızı bibər, qırmızı soğan, kiçik kərəviz sapı, qabığı soyulmuş xiyar, bir neçə budaq keşniş, duz, qırmızı bibər tozu, zeytun yağı, balzamik sous və pomidor suyu töküb yaxşıca qarışdırın. Bir neçə dəqiqəyə hazır olan şorbanı kasaya töküb üzərini keşnişlə bəzəyib süfrəyə verə bilərsiniz.