Şəmkir sakinlərindən silah aşkarlanıb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şəmkir rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, Fikrət Bağırovdan bir ədəd “BROWNING S PATENT” markalı, 6.35 kalibrli, istifadəyə yararlı tapança aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə rayonun Bayramlı kənd sakini, əvvəllər məhkum olunmuş Arzuman Abdullayevin də müvafiq sənədləri olmadan, tək lüləli, 16 kalibrli və istifadəyə yararlı “İJ” markalı tüfəng saxlaması aşkar edilib.
RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zəyəm-Cırdaxan kənd sakini Qənbər Hüseynovdan bir ədəd heç bir sənədi olmayan “ATM” markalı, 16 kalibrli tüfəng aşkar edilib.
Keçirilən daha bir tədbir nəticəsində qanunsuz ov edən Asif Nəbiyev barəsində qanunamüvafiq tədbir görülüb. Belə ki, onun heç bir müvafiq sənədi olmadan 32 kalibrli, qoşa lüləli tüfənglə ovçuluqla məşğul olması aşkar edilib.
Rayonun Keçili kənd sakini Cahangir Məmmədovun da sənədsiz “İJ” markalı 16 kalibrli ov silahı RPŞ əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Silahların hər-hansı bir cinayətdə istifadə olunub-olunmaması öyrənilməsi üçün ekspertizaya göndərilib.
Faktlarla bağlı Şəmkir RPŞ-nın İstintaq və Təhqiqat Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.