22:43
17 12 2021

Cəlilabad sakinlərində qanunsuz odlu silahlar aşkarlanıb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Günəşli kənd sakinləri S.Hüseynov və S.Məmmədovdan qanunsuz olaraq saxladıqları “İJ” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Həmin silahlar aidiyyəti üzrə təhvil verilib.
Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırma aparılır.

NEWS FEED