Nikahını qorumaq naminə keçmiş məşuqəsinin və onun oğlan dostunun qətlini sifariş etdi
ABŞ-ın Texas ştatından olan evli kişi xəyanətini həyat yoldaşından gizlətmək və nikahını xilas etmək üçün keçmiş məşuqəsini və onun sevgilisini öldürmək məqsədi ilə killer tutub.
Belə ki, Texas avtomobil müəssisəsinin maqnatı Erik Çarlz Moundun nəvəsi 33 yaşlı keçmiş sevgilisi Holli Vilyams və onun 36 yaşlı oğlan dostu Vilyam Lanveyin qaçırılaraq öldürülməsini təşkil etməkdə şübhəli bilinərək həbs edilib.
Cütlük 12 mart 2020-ci ildə avtomobildə ölü vəziyyətdə tapılıb.
İstintaq zamanı polis müəyyən edib ki, cinayətdə özəl təhlükəsizlik şirkəti təsis etmiş üç keçmiş hərbi qulluqçu iştirak edib. Onlar sifarişli qətldə ittiham olunublar.
Məlumata görə, Mound adlı şəxs üç nəfər killer tutaraq onların hesabına ümumilikdə 750 min dollar (təxminən, bir milyon 275 min manat) pul köçürüb.
Mound keçmiş məşuqəsi və onun oğlan dostunu öldürmək qərarına Vilyam Lanveyin onun keçmiş əlaqələrini üzə çıxarmaqla hədələməsindən sonra verib.
36 yaşlı şəxs susmaq qarşılığında biznesmendən pul tələb etməyə başlayıb.
Həmən zaman evli olan Mound həyat yoldaşının xəyanətdən xəbər tutacağından və ondan boşanacağından çəkinərək sözügedən cinayətə əl atmaq qərarı verib.
Hələlik məhkəmə Moundla bağlı qərar çıxartmayıb.
© Daily Mail