201
01:03
15 12 2021
Semyon Peqov Moldovada saxlanıldı
Öz feyk xəbərləri ilə məşhur olan rusiyalı “jurnalist” Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
İnsident bu gecə Kişinyov aeroportunda baş verib.
Moskvaya uçmağa hazırlaşan Peqov saxlanılıb, onun üzərində və əşyaları arasında axtarış aparılıb.
Qeyd edək ki, Semyon Peqov postsovet məkanında mövcud münaqişə zonalarında cərəyan edən prosesləri təhrif edərək işıqlandıran və müəyyən qüvvələr tərəfindən informasiya müharibəsi aləti kimi istifadə edilən “WarGonzo” layihəsinin yaradıcısıdır.
© “RİA Novosti”