23:40
27 01 2021

Xətai rayonunda 21 yaşlı gənc oğlanı avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
Neapol dairəsində yolu keçən 2000-ci il təvəllüdlü Mehdizadə Ceyhun Elşən oğlunu avtomobil vurub. Xəsarət alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

NEWS FEED