10:42
26 01 2021

Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyəti

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində yaralılardan bəziləri evə buraxılıb.
Bu barədə Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Mehriban Qaralova bildirib.
“Emil Əliyev, Arif Hüseynov, Musayev Firudin, Simayə Ələzova və Xədicə Şükürzadə evə buraxılıblar”, - deyə o qeyd edilib. 
Onun sözlərinə görə, Vüsal Musayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə zamanı bir nəfər ölüb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

NEWS FEED