20:45
24 01 2021

Bakıda beş maşın zəncirvari qəza törətdi

Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.
"Yayin.Az" xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.
Ağayev Vüsal Əhməd oğlu idarə etdiyi avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.
V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

NEWS FEED