12:15
20 01 2021

Cəbrayılda bir erməni hərbçinin meyiti tapılıb

Ötən gün ermənilərin Cəbrayılda apardığı axtarış işləri nəticəsində bir hərbçinin meyitinin qalıqları tapılıb.

Yayin.Az bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, həmin qalıqların kimə məxsus olması ilə əlaqədar məhkəmə-tibb ekspertizası keçiriləcək.

Qarabağdakı keçmiş qondarma qurumun nümayəndəsi Unan Tadevosyan deyib ki, bu gün Azərbaycanın tələbinə əsasən, axtarışlar aparılmayacaq. Buna səbəb ölkədə matəm gününün qeyd olunmasıdır.

Məlumatda deyilir ki, indiyədək döyüş meydanından 1247 hərbçi və mülki şəxsin meyiti tapılıb.

NEWS FEED