13:30
20 01 2021

Etna vulkanı oyandı, 4 km hündürlükdə kül sütunu püskürdü


İtaliyanın Siciliya adasındakı Etna vulkanı püskürüb.
“Yayin.Az” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Katanya Milli Geofizika və Vulkanologiya İnstitutunun saytında məlumat verilib.
Mütəxəssislərin fikrincə, vulkan 4 km hündürlükdə kül sütunu püskürüb. Püskürmə göy gurultusu və yeraltı təkanlarla müşayiət olunub.
Yerli KİV İtaliyada vulkanın oyanması ilə xəbərdarlıq edildiyini yazır.
Etna Avropadakı ən hündür aktiv vulkandır.

NEWS FEED