06:46
17 01 2021

Sulavesi adasında zəlzələ qurbanlarının sayı 56 nəfərə çatdı

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələdə ölənlərin sayı 56 nəfərə çatıb.
Bu barədə Milli Fəlakətləri İdarəetmə Qurumu (BNPB) bildirib.
Təbii hadisə zamanı daha 826 nəfər xəsarət alıb.
Bundan əvvəl 46 nəfərin öldüyü, 637 nəfərin də xəsarət aldığı bildirilmişdi. Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub.
Regionda yeraltı təkanlar davam edir.
Xatırladaq ki, cümə gecəsi mərkəzi adıçəkilən əyalətin Mamucu şəhəri yaxınlığında yerləşən 6,2 manqitudalı zəlzələ baş verib. Təbii fəlakətdən dərhal sonra 15 minədək əhali yaşadıqları yerləri tərk etməli olub.

© Sinxua

NEWS FEED