14:09
15 01 2021

Kolumbiyada qızıl mədəni çökdü: Ölən və yaralananlar var

Kolumbiyada qızıl mədəninin çökməsi nəticəsində azı beş nəfər ölüb və on bir nəfər yaralanıb.
Bildirilir ki, bədbəxt hadisə, Kauka departamentində yerləşən Santander de Kiliçao şəhərinin ərazisində baş verib.
Məlumata görə, mədən qanunsuz olaraq istismarda olub. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, mədən əvvəllər bağlanmışdı.

© Proclama Cauca y Valle

NEWS FEED