01:28
13 12 2020

Yevlaxda yük maşınları toqquşdu

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası olub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax şəhəri ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, Gürcüstan qeydiyyat nişanlı “Mersedes” markalı qoşqulu yük maşını digər yük maşını ilə toqquşub.
Qəza nəticəsində ikincidə olan bir nəfər dünyasını dəyişib. Bu, 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Cabbarova Firuzə İsmayıl qızıdır.
Qeyd edək ki, ölən sərnişin 1964-cü il təvəllüdlü Bakı şəhər sakini Həsənov Rais Əli oğlunun idarə etdiyi yük maşınında olub.
Onların olduğu avtomaşın 1958-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Levan Saxlianın idarə etdiyi “Mercedes” markalı qoşqulu yük maşını ilə toqquşub.

NEWS FEED