239
17:35
12 12 2020
Hindistanda kimyəvi zavodda güclü partlayış
Hindistanın cənubunda Heydərabad şəhərində kimyəvi zavodda baş verən partlayışdan sonra azı 11 işçi xəstəxanaya yerləşdirilib.
Bu barədə “Hindustan Times” hökumət rəsmilərinə istinadən xəbər verib.
Daha bir neçə nəfərin binanın içərisində qalması istisna edilmir.
Partlayışın səbəbləri hələlik məlum deyil.