15:57
04 11 2023

Arnold Şvartsenegger yolsuzluq avtomobili ilə velosipedçini vurdu

ABŞ-nin Los-Anceles ştatında aktyor Arnold Şvartsenegger velosipedçini vurub, o, xəstəxanaya yerləşdirilib.

75 yaşlı aktyor yolsuzluq avtomobili ilə hərəkətdə olarkən velosiped sürən qadın onun avtomobilinin qarşısındakı zolağa çıxıb. Aktyor əyləci basmağa fürsət tapmayıb.

Zərərçəkmiş yüngül xəsarətlər alıb, Şvartsenegger onun velosipedini təmirə aparıb.

Bir il əvvəl də Şvartseneggerin qəza keçirməsi ilə bağlı xəbər yayılmışdı - onda aktyor yolu qırmızı işıqda keçmişdi.


 © TMZ

NEWS FEED