09:42
16 10 2023

Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var

Yevlax rayon Əkşəm kənd ərazisində minik avtomobili aşıb, xəsarət alanlar var.

 Hərəkətdə olan KIA markalı avtomobil idarəetmədən çıxaraq öncə elektrik dirəyinə çırpılıb, daha sonra aşıb.

Qəza nəticəsində, Yevlax rayon sakinləri, 1991-ci il təvəllüdlü Ələddin Verdiyev və 1994-cü il təvəllüdlü Rəvan İbrahimov müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


© “Report”un Qərb bürosu

NEWS FEED