17:21
18 10 2022

Bir sıra rayon ərazisində qanunsuz kəsilən ağaclar müəyyən edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Ağcabədi, Ağdam rayonları ərazisində ağacların qanunsuz kəsildiyi, zədələndiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı təbiətə ümumilikdə 38970 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

© Dövlət Ekoloji Təhlükəsizlik Xidməti

NEWS FEED