16:28
18 10 2022

Sumqayıtda müəllim dərs zamanı vəfat edib

Sumqayıtda müəllim dərs zamanı vəfat edib.

 Hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib.

Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürəktutmasından məktəbdə vəfat edib. Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.


© Oxu.Az

NEWS FEED