16:33
18 10 2022

Şəmkirdə yük maşını aşıb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes-Benz” markalı yük maşını idarəetmədən çıxaraq aşıb, yük maşınında olan əhəng yola dağılıb.

Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


© APA

NEWS FEED