107
08:45
05 10 2022
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olundu
İranın şimalında yerli vaxtla saat 03:21-də 5,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinin cənubunda qeyd alınıb. Ocağı təxminən 7 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub. Zəlzələ həmçinin Türkiyənin Van və Hakkari şəhərlərində də hiss olunub. © Haber Global