10:39
26 09 2022

Göygöldəki partlayışda yaralanan şəxsin vəziyyəti AÇIQLANDI

Göygöldə evdə qaz sızması nəticəsində baş vermiş partlayışla nəticələnən yanğında yaralanan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, Göygöl rayonu Toğana kənd sakini, 1947-ci il təvəllüdlü vətəndaş bu gün səhər saat 04:10 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım şöbəsinə bədənin iki və üçüncü dərəcəli termiki yanığı diaqnozu ilə daxil olub:

“Ona ilkin zəruri tibbi yardım göstərilib və Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya köçürülüb. Vətəndaşın vəziyyəti ağır olaraq qiymətləndirilir”.

09:00

Göygöldə evdə qaz sızması partlayışla nəticələnən yanğına səbəb olub.

APA xəbər verir ki, hadisə rayonun Toğanalı kəndində qeydə alınıb.

Hadisə nəticəsində 1948-ci il təvəllüdlü Taryel Hüseynov bədənin çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

© Oxu.Az| İlhamə Əbülfət

NEWS FEED