12:05
15 09 2022

Azərbaycan Tibb Universitetinin tələbəsi estetik kompleksi olduğuna görə ÖZÜNÜ ASDI

Azərbaycan Tibb Universitetinin tələbəsi Əli Quliyevin yaşadığı evdə özünü asaraq intihar etməsinin bəzi detalları məlum olub.

 Onun qulaqlarına qarşı kompleksi olub.

Bir dəfə estetik əməliyyat keçirən Əli Quliyev nəticədən razı qalmayıb. İkinci dəfə əməliyyat etdirmək istədikdə isə həkimlər buna icazə verməyib.

Bu səbəbdən o, özünü öldürmək qərarına gəlib.

Faktla bağlı araşdırma aparılır.

09:50

Gəncədə dəhşətli intihar hadisəsi baş verib.

2003-cü il təvəllüdlü, Azərbaycan Tibb Universitetinin tələbəsi olan Əli Quliyev yaşadığı evdə özünü asaraq intihar edib.

Onun estetik kompleksi olduğuna görə intihar etdiyi ehtimal olunur.


© Oxu.az | İlhamə Əbülfət

NEWS FEED