22:37
19 12 2021

Şəmkirdə toydan çıxan piyadanı avtomobil vurub öldürdü

Şəmkirdə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
 Hdisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan yük avtomobil yolu keçmək istəyən Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü F.Məmmədovu vurub.
Ağırtonnajlı avtomobilin vurduğu piyada hadisə yerindəcə ölüb.
İlkin məlumata görə, hadisə mərhum toydan çıxarkən baş verib.

© APA

NEWS FEED