03:42
11 12 2020

Meksikanın neft emalı zavodunda partlayışlar olub, xəsarət alanlar var

Zavod ətrafında yerləşən ərazilərdən yüzlərlə insan evakuasiya olunub

Meksikanın cənub-şərqində yerləşən Veracruz şəhərində neft zavodunda baş vermiş güclü partlayış azı üç nəfərin həyatına son qoyub, 136 nəfərdən çox xəsarət alanların olduğu bidirilir.

Partlayış Meksika Dövlət Neft Şirkətinə məxsus Pemex-ə ziyan vurub.

Yüzlərlə insan evakuasiya olunub və məktəblər bağlanıb. Video görüntülərdə böyük yanğın və qatı tüstü görünür.

Son illərdə Pemex-in digər obyektlərində bir çox partlayışlar qeydə alınıb.

Sonuncu hadisə Meksika vaxtı ilə 15:15 radələrində baş verib, Pemex-in yaydığı məlumatda deyilir. Veracruz şəhər rəhbəri Javier Duarte radio müsahibədə deyib ki, partlayış 10 kilometr uzaqlıqda da hiss olunub.


Yanğın axşam saatlarından nəzarət altına alındı, Pemex-dən bildirilib. Qatı tüstünün zəhərli təsirindən qorunmaq üçün sakinlərə evlərində oturmaq məsləhət görülsə də, Pemex bəyan edib ki, tüstü çox tez çəkilib və zəhərli təsiri minimuma enib.

Xəsarət alan 136 nəfərdən 88-i hazırda hospitalda yerləşdirilib və onlardan 13-nün vəziyyəti ağır hesab olunur, Pemex-dən deyilib.

Pemex-in yaydığı açıqlamaya görə, partlayış baş verən zavodun bir hissəsi Mexichem adlı törəmə şirkət tərəfindən idarə olunurdu.

Baş vermiş partlayış Meksikanın ən böyük neft ixrac edən zavodunun terminalının işinə təsir etməyəcək, şirkət əlavə edib.


2012-ci ilin sentyabrında, ölkənin şimalında yerləşən qaz zavodunda baş verən yanğınla müşayət olunan partlayışda 33 nəfər dünyasını dəyişib.

2013-cü ilin yanvarında, Meksika şəhərində yerləşən Pemex-ə məxsus baş ofisdə qaz partlayışı nəticəsində 37 nəfər dünyasını dəyişib.

Bu ilin fevral ayında Veracruz zavodunda baş verən partlayış bir neçə nəfərin həyatına son qoymuşdu.


İstinad : bbc.com 

NEWS FEED